ABŞ-da leysan yağışları nəticəsində 13 nəfər ölüb, xəsarət alanlar var - YENİLƏNİB

OXUNUB: 461 DÜNYA

ABŞ-ın Kaliforniya ştatında leysan yağışlar və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb. 

Bu barədə Santa-Barbara dairəsinin şerifi Bill Braun mətbuat konfransında bildirib.

O, qeyd edib ki, ölənlərin sayı arta bilər.

"Biz kədərlə bildiririk ki, hazırkı vəziyyət 13 nəfərin həlak olmasına gətirib çıxarıb. Bu rəqəmin artacağını gözləyirik. Hamımız  itkin düşənləri axtarırıq", - deyə Braun bildirib.

Qeyd edək ki, daha əvvəl leysan yağışlar və torpaq sürüşmələri nəticəsində 8 nəfərin öldüyü, daha 25 nəfərin müxtəlif xəsarətlər aldığı bildirilirdi.


02:28

ABŞ-da leysan yağışlar torpaq sürüşməsinə səbəb olub.

Bu barədə "ABC" məlumat yayıb.

Məlumata görə, təbii hadisə Kaliforniya ştatının cənubunda baş verib. Nəticədə 8 nəfər ölüb, daha 25 nəfər müxtəlif xəsarətlər alıb.

Xəbərdə qeyd edilir ki, torpaq sürüşməsi zamanı həmçinin bir neçə ev dağılıb. Eləcə də yollar zərər çəkib./report

 

İcmal.Az

RƏYLƏR