ABŞ səfiri Pakistan XİN-ə çağırıldı

OXUNUB: 433 DÜNYA

ABŞ prezidenti Donald Trampın ittihamlarından sonra Birləşmiş Ştatların Pakistandakı səfiri Devid Xeyl bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə "The News International” nəşri məlumat yayıb.

Trampın tənqidlərini müzakirə etmək üçün ölkənin baş naziri Şahid Hakan Abasi yanvarın 2-də hökumətin iclasını keçirəcək.

Bundan əvvəl Donald Tramp Pakistanı ABŞ pullarından istifadə edərək terrorçulara sığınacaq verməkdə ittiham edib./oxu

İcmal.Az

RƏYLƏR