Abşeronda növbəti çalxalanma: Tanınmış QHT sədri İctimai Şuradan getdi

OXUNUB: 555 HADİSƏ
Son dövrlər Abşeron rayon icra hakimiyyəti və icra başçısı ilə bağlı xəbərlər gündəmi zəbt edib. 

Bu gün  Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyin sədri İradə  Əlili (Əliyeva) Abşeron rayon icra hakimiyyəti yanında İctimai Şuraya aid olmadığını bəyan edib: 

"Bu yaxınlarda Cəsarət müəllimin mənim təşkilatının adını çəkməyinə əsasən bağlı qeyd etmək istəyirəm ki mənim özüm və eyni zamanda rəhbəri olduğum təşkilat söylənilən ictimai şuraya aidiyyəti yoxdur.” 

 

Qeyd edək ki, Abşeron Rayon  İcra Hakimiyyəti yanında ictimai şura ilə bağlı "İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə faktlarla icra başçısı İradə Gülməmmədova tərəfindən imzalanan əmrlə ictimai şuranın 10 nəfərdən  ibarət yaradılmasını, lakin həmin qurumun üzvlərinin sayının 15 nəfərdən ibarət olması  faktlarını ictimailəşdirmişdi.

Sosial şəbəkələrdə  tənqid hədəfinə çevrilən bu hadisədən sonra İcra hakimiyyəti həmin faktı təsdiq edən məlumatları saytdan yığışdırmışdı. 
 

RƏYLƏR