“Azərsun”un Naxçıvandakı filialında AYRISEÇKİLİK... - NARAZILIQ VAR...

OXUNUB: 6 HADİSƏ
""Azərsun" Holdinqdə işçilər içində ayrıseçkilik var".
 
Bu barədə sözügedən qurumun Naxçıvandakı filialında çalışanlar gileylənərək yazırlar. "Burada yerli işçilərə yox, Türkiyədən gələn kürd əsillilərə üstünlük verilir və onların maaşları bizimkilərdən 5-10 dəfə artıq olur" deyə iddia səsləndirən narazı işçilər bunun nəticəsində neçə yerli sakinin "Azərsun" Holdinqdən ayrıldığını deyirlər.

Elşad Ümid adlı Naxçıvan sakini isə bunları yazır: ""Azərsun" şirkətinin Naxcıvandakı filalı qadın işcilərə qarşı çox sərt davranır, açıq-aşkar diskrimanisya ilə məşğuldur. Cəmil müəllim işciyə işindən ağır iş gördürür. Narazılıq edəni işindən qovur. Qadın işçilərə düşməncəsinə davranaraq onlara aşğı maaşla ağır işləri gördürürlər. Bunlara nəzarət edən yoxdur..."

RƏYLƏR