Son dövrlər Abşeron rayon icra hakimiyyəti və icra başçısı ilə bağlı xəbərlər gündəmi zəbt edib.
Bu gün Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyin sədri İradə Əlili (Əliyeva) Abşeron rayon icra hakimiyyəti yanında İctimai Şuraya aid olmadığını bəyan edib:
"Bu yaxınlarda Cəsarət müəllimin mənim təşkilatının adını çəkməyinə əsasən bağlı qeyd etmək istəyirəm ki mənim özüm və eyni zamanda rəhbəri olduğum təşkilat söylənilən ictimai şuraya aidiyyəti yoxdur.”
Qeyd edək ki, Abşeron Rayon İcra Hakimiyyəti yanında ictimai şura ilə bağlı "İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə faktlarla icra başçısı İradə Gülməmmədova tərəfindən imzalanan əmrlə ictimai şuranın 10 nəfərdən ibarət yaradılmasını, lakin həmin qurumun üzvlərinin sayının 15 nəfərdən ibarət olması faktlarını ictimailəşdirmişdi.
Sosial şəbəkələrdə tənqid hədəfinə çevrilən bu hadisədən sonra İcra hakimiyyəti həmin faktı təsdiq edən məlumatları saytdan yığışdırmışdı.