Ağcabədidə qoyun oğrusu saxlanılıb

OXUNUB: 497 HADİSƏ

19 baş qoyun oğurlamaqda şübhəli bilinən Nəbi Qılıcov Ağcabədi rayonunun ərazisində saxlanılıb.

Bu barədə İcmal.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Baş Cinayət Axtarışı İdarəsi, Ağcabədi RPŞ və Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Nəbi Qılıcov martın 29-da Zaur Abışova məxsus həyətyanı sahədən 19 baş qoyun oğurlamaqda şübhəli bilinir.

İcmal.Az

RƏYLƏR