Ağcabədinin icra başçısı Rafil Hüseynovun həbsi an məsələsidir...- ŞOK FAKTLAR

OXUNUB: 1048 GÜNDƏM HADİSƏ
Başınız kabinetə qarışıb, elə bilirsiniz görən yoxdur.

Dünya çox balacalaşıb, eyy Rafil  Hüseynov-  Çində öskürəndə iyisi Amerikadan gəlir...

Bir müddət əvvəl keçmiş deputatlarımızdan birinin heç bir əndazəyə sığmayan, tərbiyəsiz hərəkətləri barədə yayılan video ABŞ-ın məşhur telekanallarından birində nümayiş etdirildi. 
Sosial şəbəkələrdə  onunla bağlı nələr yazmadılar. Ki, özümüzdə yayılmağı cəhənnəm, hələ bir Amerikada da bizi "reklam” elədilər. Düzdür, sabiq deputat layiq olduğu "mükafat”ları aldı. 
Bunu nə üçün yada saldıq ? 
Allah qoymasa, Masallının keçmiş, Ağcabədinin indiki icra başçısı Rafil Hüseynov və polis zabiti olan oğlu Şəhriyar Hüseynzadə barəsində ölkə  mediasında yazılanlar artıq Biləcəridən o yana keçib, qardaş Türkiyə mediasına yol tapıb. Deyilənlərə görə, bugün-sabah Yaxin Şərqə yayılacaq. Bu da oldu bizim növbəti "reklamımız”. Birini sabiq deputat elədi, birini də icra başçısı ilə oğlu. 
Eyy, Rafil Hüseynov ! 
Dünya çox balacalaşıb ee. Uzaq Çində öskürəndə iyisi Amerikadan gəlir. Siz məmurlar da başınızı salmısınız kabinetinizə ətraf mühiti və cəmiyyəti korluyursunuz və elə bilirsiniz eşidən-bilən yoxdur. Dur, pəncərəni aç, qorxma, çəkən yoxdur. 
Eyy Rafil  Hüseynov !
 Deyilənə görə, seyid, molla, falabaxan, cadugər-zad  axtarırsan, kabinetində nəsə gəzirsən, deyirsən kabineti ovsunlayın, görən-çəkən olmasın. 
Cənab başçı ! 
Lazım olanların hamısı çoxdan çəkilib ee. 
Artıq gecdir. Polis zabiti olan oğlunun restoranlarda, barlarda, gecə klublarında  çəkilən  "kasset”ləri bir azdan dünyanı dolaşacaq. 
Sən nəyi gizlədə bilərsən, ey Rafil Hüseynov ?
Novxanıdakı  60 sot  ərazidə  5 milyon  dəyəri olan 3 mərtəbəli villanı necə gizlədə bilərsən..? Bu iynə-zad deyil e. 
Yadına düşürmü, Rafil Hüseynov, Novxanıdakı villanın damı deşilmişdi, su basmışdı, içəridə nələr olurdu hamısını görürdük..
Səndən bir gün soruşacaqlar ki, aldığın maaşla bu boyda villanı hansı pulla tikdirmisən ? 
Maaş dedik yadımıza  cibində gəzdirdiyin maaş kartları düşdü. Hamısı çəkilib, Rafil Hüseynov, dua-zad yazdırmağın faydası yoxdur. 
Deyirlər, Ağcabədidəki fermalarındakı  heyvanlara da "Qurd duası” yazdırmısan ki, qurd yeməsin. 
Eyy, Rafil Hüseynov ! 
Atalar deyib ki, çaqqal var gödən dağıdır..
İndi bəzi məmurların yanında vallah yazıq  çaqqal-çuqqal toya getməlidir. Həmən gödən dağıdan məmurlar indi  içəridədirlər. 
Hazır ol, Rafil  Hüseynov ! 
 Kamera-zad  məsələsinə çox vaxt ayırma. Bir də gördün gəldilər. Çamadanını hazır saxla.../gundelik-baku

RƏYLƏR