Mənə uşağı morqdan yox, zirzəmidən verdilər. Bunu mənə yoldaşmın həkimi Çinarə Gülməmmədova özü də deyib. Çəkilişin birində də var ki, deyir, uşaq sizə morqdan verilməli idi, amma zirzəmidən verildi.
Bu sözləri "Xəzər Xəbər”ə "Vital Klinika”da dünyasını dəyişən övladı zirzəmiyə qoyulan ata Abdulla Kərimov bildirib.
Qalmaqalda adı hallanan "Vital Klinika” iddiaları əsassız sayıb. Həmçinin həkim Çinarə Gülməmmədova da qeyd edib ki, ölən uşağın anası Fərqanə Kərimova onun xəstəsi olmayıb.
Ancaq körpənin atası həkimin dediklərinin yalan olduğunu sübut edəcək faktlar göstərib. Ata bildirib ki, yanvar ayından dəfələrlə Ç.Gülməmmədovanın qəbulunda olublar.
"Yanvar ayını 6-dan həkim Çinarə Gülməmmədovanın yanına gedirik müalicə və müayinələr üçün. Həkim özü qeysəriyyə əməliyyatını "Vital Klinika”da edəcəyini bildirdi və razılaşdıq. Bizə bildirmişdi ki, saat 9-da əməliyyat olacaq. Biz vaxtından əvvəl klinikada olduq, ödənişi etdik. Ancaq həkim Çinarə Gülməmmədova klinikaya 11-12 radələrində gəlib. O özü də bizə dediyi vaxtda gəlsəydi, bəlkə də uşaq sağ qalardı”.
Qeyd edək ki, hazırda bütün fakt və təfərrüatlar hüquq-mühafizə orqanları tərəfindən araşdırlır.
























