“Accessbank” rəhbərliyində istefa dalğası – Bank iflas olur?

OXUNUB: 720 İQTİSADİYYAT BANK
Azərbaycanda 2002-ci ildə Azərbaycan Mikromaliyyələşdirmə Bankı (AMMB) adı ilə fəaliyyətə başlayan "Accessbank”ın başının üstünü "qara buludlar” alıb.

Son illər əhali arasında kredit faizlərinin yüksək olması üzündən ciddi narazılıq doğuran, insanların inam və etibarını itirən bank fəaliyyətini dayandıra bilər. Buna görə də bankın rəhbərliyində yaxın günlərdə böyük istefa dalğasının başlanacağı gözlənilir.

Əldə etdiyimiz məlumatlardan o da bəlli olur ki, artıq Bankın İdarə Heyətinin sədri Anar Həsənov vəzifəsindən istefa verib.

Anar Həsənov "Accessbank”da İdarə Heyətinin sədri vəzifəsini daşımaqla yanaşı, eyni zamanda bankın baş meneceri idi./Qlobal.az

RƏYLƏR