Acundan Hadisəyə qadağa - Bu kadrlar efirə getmədi

OXUNUB: 759 ŞOU-BİZNES

Türkiyəli pop ulduz Hadisənin fransız model Aurelien Muller ilə çəkdirdiyi yeni klipi "O səs Türkiyə”də yayımlanıb.

"Youtube”də yayımlanan ekran işi ilə Acun Ilıcalının kanalı TV 8-də təqdim olunan klip arasında fərqlər diqqətdən yayınmayıb. 

Belə ki, Acun Hadisənin vanna otağında alt paltarında çəkilən görüntüləri efirdə göstərilməsinə icazə verməyib. 

Acun Türkiyə Televiziya Şurasının (RTÜK) cərimələrindən çəkindiyi üçün belə bir addım atıb. Hadisə isə kanal rəhbərliyinin qadağası ilə razılaşmalı olub.

Qeyd edək ki, Hadisənin "Sıfır tolerans” mahnısına çəkdirdiyi klip açıq-saçıq səhnələri ilə gündəmi zəbt edib.  Layihəyə "Youtube”də 6 gün ərzində 10 milyondan çox insan baxıb. /qafqazinfo

 

İcmal.Az

RƏYLƏR