Ağdaşda qətl hadisəsi baş verib.
İcmal.Az xəbər verir ki, "Qafqazinfo” nun əldə etdiyi məlumata görə, dünən axşam saatlarında Aşağı Zeynəddin kənd sakini, Mığımov Dursun 1966-cı il təvəllüdlü Əliyev Baxşalını dəyənəklə vuraraq öldürüb.
Hadisənin baş verməsinə səbəb isə qətlə yetirilən şəxsin torpağında M. Dursunun qoyun oturmasıdır.
Belə ki, Ə. Baxşalı M. Dursuna onun torpağında qoyun oturmamasını deyib. Bu zaman M. Dursun əsəbiləşərək onun başına bir neçə yerdən dəyənəklə zərbə vurub. Ə. Baxşalı xəstəxanaya çatdırılsa da başına vurulan ağır zərbədən vəfat edib.
Hadisə ilə bağlı Ağdaş rayon Prokurorluğunda cinayət işi açılıb. M. Dursun həbs edilib.
Qeyd edək ki, onun qətlə yetirdiyi şəxs qızının qaynıdır.
İcmal.Az