Alişan Buse ilə tanışlığından danışdı: "Onu ilk olaraq atam bəyənib"

OXUNUB: 634 ŞOU-BİZNES
Müğənni Alişan "Dostlar mahallesi"ndəki tərəf müqabili Buse Varolla tanış olmasından danışıb.
 
İfaçı Buseni ilk dəfə atasının bəyəndiyini bildirib:

"Atam Buseni bizim məhəllədəki kafedə görüb, çox bəyənib. Sonra mənə "Sizin serialda bir dənə qəşəng qız var, onunla tanış ol” dedi. Mən də Buseyə İnstaqramda "Atam nömrən istəyir” yazdım və belə tanışlığımız başladı”.

Qeyd edək ki, Alişan bundan əvvəl aparıcı Esra Erolun bacısı Eda Erolla nişanlı idi. Cütlük cəmi 2 ay nişanlı qalıb./axşam
 
İcmal.Az

RƏYLƏR