Almaniya nağd ödənişlər üçün 10 min avro limit planlaşdırır

OXUNUB: 229 Özəl İQTİSADİYYAT
Almaniyanın daxili işlər naziri Nancy Faeser, qeyri-qanuni yolla əldə edilmiş pulların yuyulmasının qarşısını almaq üçün nağd ödənişlərə 10 min avro yuxarı hədd qoymağı planlaşdırdıqlarını açıqladı.

7NEWS.az xəbər verir ki, Almaniyada Sosial Demokrat Partiyasının (SPD) daxili işlər naziri Nensi Faeser, mütəşəkkil cinayətkarlıqla mübarizə üçün qeyri-qanuni yolla əldə edilən gəlirlərin yuyulmasının qarşısını almaq üçün nağd ödənişlərə 10 min avroluq yuxarı hədd tətbiq edəcəklərini açıqlayıb. Visbadendə Federal Təhlükəsizlik İdarəsinin (Bundeskriminalamt) payız simpoziumunda planını açıqlayan Faeser, məqsədlərinin cinayət təşkilatlarını dağıtmaq olduğunu bildirərək, bu strukturların ictimai təhlükəsizlik və iqtisadiyyat üçün böyük təhlükə olduğunu bildirib. Nağd ödənişdə 10 min avro limitlə çirkli pulların yuyulmasının qarşısını alacaqlarını ifadə edən Faeser, "30 min avroya nağd pulla saat və ya zinət əşyaları alma dövrü artıq bitəcək" dedi.

7NEWS.az

RƏYLƏR