“Alt paltarı almağa pulumuz yox idi” - Şeyk

OXUNUB: 857 ŞOU-BİZNES

Dünya şöhrətli supermodel İrina Şeyk modelliyə gəlməzdən əvvəlki həyatı barədə danışıb.

Türkiyə mediasına müsahibə verən Şeyk Rusiyada doğulduğu kiçik qəsəbədəki kasıb həyatlarından, şöhrət yollarında addımlayarkən çəkdiyi əziyyətlərdən, sərt qaydalardan söz açıb. 

Çəkildiyi alt paltarı rekalmalarından danışan model qəsəbədə yaşayarkən alt paltarı almağa belə pullarının olmadığını deyib: "Mən Rusiyanın kiçik qəsəbəsində dünyaya gəlmişəm. Ailəmiz o qədər kasıb idi ki, bizim nəinki alt paltarı, heç bir şeyə xərcləyəcək pulumuz yox idi”.  

Hazırda ən bahalı alt paltarlarının reklam çəkilişlərində yer alan supermodel onu da vurğulayıb ki, şəxsən özü alt geyimlərinə sərvət xərcləmək istəməz./qafqazinfo

 

 

İcmal.Az

RƏYLƏR