Ana və uşağını öldürən sürücü məhkəməyə müraciət edib

OXUNUB: 832 SOSİAL

 

Bakıda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş Sənan Həsənov barəsindəki hökmdən apellyasiya şikayəti verib.

İcmal.Az  APA-ya istinadən xəbər verir ki, işə Bakı Apellyasiya Məhkəməsində Həsən Əhmədovun sədrliyi ilə baxılacaq. Məhkəmənin ilkin baxışı sentyabrın 5-nə təyin edilib.

Qeyd edək ki, ötən ilin noyabrında Bakı-Ələt magistral avtomobil yolunun 48-ci kilometrliyində, Qaradağ rayonu Qobustan qəsəbəsində S. Həsənovun idarə etdiyi "Opel" markalı minik avtomobili dayanmış vəziyyətdə olan "Shacman" markalı yük avtomobilinə çırpılıb. Hadisə nəticəsində avtomobildə olan 3 nəfər - Mükafat Ağayev, Günel Rzazadə və onun oğlu, 7 aylıq Ümid Rzazadə ölüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S. Həsənov 8 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya şikayəti həmin hökmdən verilib.

 

İcmal.Az 

RƏYLƏR