"Anam deyir ki, aparıcı Mikayılın verilişinə çıxma, ora sənlik deyil..." - QALMAQAL

OXUNUB: 1040 ŞOU-BİZNES
Faytonçu Nazim xanim.az-a müsahibəsində aparıcı Mikayıl Güləddinoğlundan danışıb. O bildirib ki, anası onu həmin aparıcının verilişində görmək istəmir.

BiG.AZ olaraq məsələ ilə bağlı Mikayıl Güləddinoğludan münasibət öyrəndik. O bildirdi ki, müğənni Nazimin niyə belə bir açıqlama verdiyini başa düşə bilmir:

"Faytonçu Nazimlə münasibətlərimiz hər zaman yaxşı olub. Hər zaman bir-birimizin hörmətini saxlamışıq. Niyə belə müsahibə verdiyini başa düşmürəm. Anası deyib ki, o verilişə çıxma, onun formatı sənə uyğun deyil. Zövqlər müxtəlifdir. Mənim verilişimdə Zakir Əliyev, Elnarə Abdullayeva, Samir Cəfərov kimi xalq artistləri olub. Verilişimdə hər zaman çalışmışam ki, xalq mahnılara, milli musiqilərimizə yer ayırım. Faytonçu Nazimin anası da belə bir şey xahiş edibsə ona hörmət edirəm. İlk dəfədir ki, bu cür halla qarşılaşıram".
 
İcmal.Az

RƏYLƏR