Ankarada qəhvəxana atəşə tutuldu: ölü və yaralılar var

OXUNUB: 496 DÜNYA

Türkiyənin paytaxtı Ankaranın Mamak rayonunda 3 naməlum şəxs qəhvəxanaya silahlı hücum təşkil edib.

Maskalı şəxslərin qəhvəxanadakılara atəş açması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

 

Hücumu təşkil edən şəxslər gəldikləri avtomobillə hadisə yerindən qaçıblar.

Polis araşdırma aparır./trend

 

İcmal.Az

RƏYLƏR