Antalyada hoteldə yanğın olub, 14 nəfər xəstəxanaya yerləşdirilib

OXUNUB: 647 DÜNYA

 Türkiyənin Antalya əyalətinin Kemer rayonunda beşulduzlu mehmanxanada baş verən yanğınla əlaqədar 400 nəfər yerli və xarici turist təxliyə edilib.

 Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və xilasedici cəlb olunub.

Məlumata görə, yanğın mehmanxananın mətbəx bölməsinə meydana gəlib.

Yanğın zamanı 10-u Türkiyə, 4-ü Rusiya vətəndaşı olmaqla 14 nəfər xəsarət alıb. Onlar müxtəlif xəstəxanalara yerləşdiriliblər.

Hadisənin səbəbi araşdırılır. /report

 

İcmal.Az

RƏYLƏR