Aparıcı 9 yaşlı oğlunun gözü qarşısında güllələndi - FOTOlar

OXUNUB: 881 DÜNYA

Rusiyalı aparıcı əri tərəfindən öldürülüb.

Rusiyalı aparıcı 9 yaşlı oğlunun gözü qarşısında əri tərəfindən güllələnib.

Ağır yaralanan 29 yaşlı Zhanna Veber adlı aparıcı xəstəxanada həyatını itirib. Onu öldürən 36 yaşlı Anatoli Leontikov uşağı ailəsinin yanına apardıqdan sonra polisə təslim olub.

Polisin verdiyi məlumata görə, Anatoli xanımını pnevmatik tapança ilə yaralayıb. Atəş çox yaxın məsafədən açıldığına görə aparıcının həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Zhanna Veber Krasnodar vilayətinin kanalının aparıcısı olub. O, iki il ərindən ayrı yaşasa da, onlar rəsmi şəkildə boşanmayıblar.

Qadının rəfiqəsinin dediyinə görə, hadisə onların uşağa görə aralarında yaranan mübahisə nəticəsində baş verib. Belə ki, qadın atasının oğlunu görməyinə məhdudiyyət qoyub, bu da davaya səbəb olub./milli

Aparıcı 9 yaşlı oğlunun gözü qarşısında güllələndi - FOTOlar

Aparıcı 9 yaşlı oğlunun gözü qarşısında güllələndi - FOTOlar

İcmal.Az

RƏYLƏR