Aptekə dərman almağa girdi, pulları yoxa çıxdı - FOTO

OXUNUB: 636 HADİSƏ

Bakıda aptekdə aptekdə cibgirlik edən şəxs saxlanılıb.

DİN-dən İcmal.Az-a verilən məlumata görə, Bakının Nərimanov Rayon Polis İdarəsi (RPİ) 18-ci Polis Şöbəsinə (PŞ) müraciət edən zərərçəkən rayon ərazisində yerləşən apteklərdən birinə müştəri kimi daxil olan zaman cibindən naməlum şəraitdə içərisində 120 ABŞ dolları və 100 manat olan pul kisəsinin oğurlandığını bildirib.

Şöbə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Hüseyn Abbasov saxlanılıb. Qeyd edək ki, saxlanılan şəxsin aptekdə törətdiyi oğurluq əməli obyektin təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb. Saxlanılan şəxs istintaqa verdiyi ifadəsində etdiyi cinayəti etiraf edib.

 

Qeyd edilən faktla bağlı Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Polis əməkdaşları cibgirlik etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin "102" Zəng Mərkəzinə,  Nərimanov RPİ və ya  18-ci PŞ-nə müraciət edə bilərlər.

İcmal.Az

 Aptekə dərman almağa girdi, pulları yoxa çıxdı - FOTO

Aptekə dərman almağa girdi, pulları yoxa çıxdı - FOTO

RƏYLƏR