Aqrar Sığorta Fondu Neftçalada əkin sahələrində subasma halları ilə bağlı zərər dəyərləndirməsinə başlayıb

OXUNUB: 513 Özəl İQTİSADİYYAT
İntensiv yağan yağışlar nəticəsində Neftçala rayonunun Xəzər qəsəbəsində əkin sahələrinin bir hissəsində subasma hadisəsi baş verib. Subasma hadisəsi bir neçə fermerin əkin sahəsini əhatə edib. 
Fermerlərin bununla bağlı Aqrar Sığorta Fondunun 1651 Çağrı Mərkəzinə məlumat verməsindən sonra fondun mütəxəssisləri və müstəqil aqrar sığorta ekspertləri hadisə yerinə ezam edilib. Hazırda əkin sahələrinə dəyən zərər hesablanır və hadisənin səbəbi araşdırılır.
İlkin rəylərə əsasən hadisə yağışların yağması və kanalın daşması nəticəsində baş verib. 
Qeyd edək ki, Neftçalanın Xəzər qəsəbəsi təbiət hadisələrinə tez-tez məruz qalan və aqrar sığorta hadisələri baş verən ərazilərdəndir. Bu kəndin əkin sahələrində subasma hadisəsi ötən illərdə də qeydə alınıb və ərazidə baş verən sel-subasma hadisələrinə görə, indiyədək yerli fermerlərə çoxsaylı sığorta öənişləri edilib.
 


 
 

RƏYLƏR