Arda Turan sevgilisi ilə kəbin kəsdirdi- FOTO

OXUNUB: 634 ŞOU-BİZNES

Barselona futbol klubundan Başakşehirə transfer olaraq yenidən Türkiyəyə geri dönən Arda Turanın nikahı olub.

Məşhur futbolçu tez-tez küsüb barışdığı sevgilisi Aslıhan Doğanla dini nikah kəsdirib. İddialara görə cütlük bu yay dəbdəbədən uzaq sadə toy etməyi planlaşdırır.

Qeyd edək ki, futbolçu Türkiyəyə geri dönməsini qısa müddətdə yuva qurub uşaq sahibi olmaq istəməsi ilə izah etmişdi./publika

İcmal.Az

RƏYLƏR