Artıq səs-küy salmadan 2 ildə eyni qurumdan - 184 MİLYON MANATLIQ TENDER QAZANIB

OXUNUB: 263 İQTİSADİYYAT
Bir neçə gün əvvəl, ölkə əhalisi və biznes ictimaiyyəti Novruz tətillərinə hazırlaşdığı bir vaxtda Dövlət Məşğulluq Agentliyi növbəti iri tenderinin nəticəsini elan edib. 

 74 milyon manatlıq tenderin qalibi ənənəvi olaraq «Agro Best» QSC olub. Müqaviləyə əsasən bu şirkət özünüməşğulluq işləri üzrə əhaliyə kasıblara paylanacaq inək, qoyun, qoç, keçi, təkə, arı ailəsi və digər malların xaricdən idxalı və Məşğulluq Agentliyinə satışını həyata keçirməlidir.

Maraqlıdır ki, bu, «Agro Best» QSC-nin Məşğulluq Agentliyindən udduğu 4-cü iri tenderdir. Bundan əvvəl sözügedən şirkət eyni məqsədlər üçün agentliyin 110 milyon manatlıq tenderini qazanıb. İndiki tenderi də nəzərə alanda şirkətin son iki ildə Məşğulluq Agentliyindən qazandığı tenderlərin ümumi məbləği 184 milyon manata çatır./FED.az
 


S/n

Tenderin adı

Qalib şirkət (VÖEN)

Məbləğ

(manat)

Tarix

1

İdxal inək, idxal qoyun, idxal qoç, keçi, təkə, arı ailəsi və digər malların alınması və özünüməşğulluq layihəsi çərçivəsində təchizatı işlərinin satın alınması

 

"Agro Best” QSC

(1405235391)

73 574 800

16.03.2023

2

İdxal inək, idxal qoyun, idxal qoç və digər malların alınması və özünüməşğulluq layihəsi çərçivəsində təchizatı işlərinin satın alınması (təkliflər sorğusu)

 

Agro Best” QSC

(1405235391)

4 140 900

20.12.2022

3

İdxal inək, idxal qoyun, idxal qoç, keçi, təkə, arı ailəsi və digər malların alınması və özünüməşğulluq layihəsi çərçivəsində təchizatı işlərinin satın alınması

 

"Agro Best” QSC və "Az Nest” QSC konsorsiumu

 (1405235391)

65 987 525

27.04.2022

4

Özünüməşğulluq tədbirlərini həyata keçirmək məqsədilə respublikanın rayonları üzrə əhalinin özünüməşğulluğunun təmin olunması ilə bağlı tələb olunan kənd təsərrüfatı mallarının satın alınması

"Aqri Kon” QSC və "Agro Best” QSC konsorsiumu

(1404267161)

40 399 280

07.05.2021

               YEKUN: 184 102 705 AZN

RƏYLƏR