Arvadını öldürmək istədi, amma... - TƏFƏRRÜAT (FOTO)

OXUNUB: 699 DÜNYA

Ankaradanın İmrahor bölgəsində yaşanan cinayət hadisəsinin təfərrüatları ortaya çıxıb.

Hadisə zamanı avtomobildə olan iki nəfərdən biri ölüb, digəri isə yaralanıb. Mustafa həyat yoldaşını öldürmək üçün atasının evinin qarşısına gedib. Qadının evdən çıxmayacağını anladıqdan sonra qardaşının yanına gedərək hər şeyi etiraf edib.

Hadisə şahidlərindən biri, 27 yaşlı B.Züleyxanın şikayəti əsasında cinayətkarın kimliyi təsbit edilərək dərhal həbs olunub.

Polis əməkdaşları tərəfindən saxlanılan 26 yaşlı cinayətkar hadisəni təsadüfən törətdiyini bildirib: "Mən içkili idim. Niyyətim onları yox, arvadımı öldürmək idi. İki nəfər avtomobildə söhbət edirdi. Ordan keçəndə oğlan mənə "rədd ol burdan" dedi. Əsəbiləşdim bir anda atəş açdım"..publika

İcmal.Az

RƏYLƏR