AST Telmanın işçiləri etiraz edirlər

OXUNUB: 654 DÜNYA

Azərbaycanlı iş adamı Telman İsmayılovun Antalyadakı "Mardan Palace” hotelinin işçiləri etiraz aksiyası keçirib. 

İcmal.Az"Hürriyət” qəzetinə istinadla xəbər verir ki, buna səbəb işçilərin altı aylıq əməkhaqlarını və təzminatı ala bilməməsi olub. 

"Hotel iflas etdi, qapanıb, deyirlər. Amma açıqlama verən yoxdur. Altı ay keçib. Maaşımızı ala bilmirik”, - hotel işçiləri bildirib. 

2017-ci ildə maliyyə sıxıntıları ilə üzləşən hotel iflas etdiyi açıqlayaraq, min personalını işdən çıxarıb. 

Məlumatlara görə, "Mardan Palace” işçilərinə 16 milyon lirə borcludur. 

2009-cu ildə fəaliyyətə başlayan "Mardan Palace”in açılış mərasiminə Paris Hilton, Monika Belluci və Şaron Stoun kimi məşhurlar qatılmışdı. 

İcmal.Az

RƏYLƏR