Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisindəki market və digər ticarət obyektlərində və əhalinin sıx olduğu yerlərdə nəzarət-profilaktiki təbirlər keçirib. 7NEWS.az-ın bölgə müxbirinin verdiyi məlumata əsasən tədbirlərdə tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən, yəni tibbi maskalardan istifadə etməyən şəxslərə mövcud sanitar-epidemioloji tələblər izah olunub. Araşdırmalar zamanı rayon ərazisində sanitar-karantin qaydalarını pozan 10-a yaxın şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə ediliblər. Bundan başqa polis əməkdaşları rayon ərazisində fəaliyyət göstərən şadlıq saraylarında da digər aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə monitorinq aparıblar. Aradırmalar zamanı mərasimdə vaksinasiya olmayan qonaqlar aşkar edilib. Şadlıq sarayı rəhbərliyinə bir daha karantin qaydaları izah olunub, aşkar olunan faktlar üzrə inzibati protokollar tərtib edilib.
Ana səhifə
/
GÜNDƏM / HADİSƏ / Ağstafada sanitar-karantin qaydalarını pozan şəxslər məsuliyyətə cəlb edilib - FOTO (ÖZƏL)
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
Nizami rayonunda “ağac soyqırımı” - Nazir və başçı məsələdən xəbərdardırlar, amma “soyqırım” davam edir + Fotolar, Video
21.10.2023, 21:39 / GÜNDƏM, HADİSƏ -
Bakıda uşaq bağçasının ərazisi 13 milyona satışa çıxarıldı (FOTOFAKT)
13.10.2023, 10:04 / GÜNDƏM, HADİSƏ -
VƏTƏNDAŞLIĞIMIZI QƏBUL EDƏN ERMƏNİLƏR TƏNTƏNƏLİ ŞƏKİLDƏ AND İÇMƏLİDİRLƏR- HÜQUQİ ŞƏRH
02.10.2023, 11:28 / GÜNDƏM, HADİSƏ -
Xocalıları xilas etmək üçün təslim olan Natiq Qasımov (VİDEO)
01.10.2023, 10:08 / GÜNDƏM, HADİSƏ -
“Türk Hava Yolları”nın Bakı ofisinin rəhbərinin sürücülük hüququ məhdudlaşdırla bilər
15.09.2023, 14:10 / GÜNDƏM, HADİSƏ -
Deputatın sürücülük hüququ məhdudlaşdırıla bilər (SƏBƏB)
15.09.2023, 14:07 / GÜNDƏM, HADİSƏ -
Turalənin işində adları hallanan şəxslər işdən çıxarıldı
26.07.2023, 12:35 / GÜNDƏM, HADİSƏ