Astanadan Bakıya aviareyslərin sayı həftədə 4 dəfəyədək artırılacaq

OXUNUB: 738 İQTİSADİYYAT

 Qazaxıstanın "Air Astana" aviaşirkəti cari ilin mart ayının 25-dən 27 oktyabr tarixinədək qüvvədə olacaq yay uçuş cədvəlinə keçir.

Bu barədə Qazaxıstan milli aviadaşıyıcısının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Astanadan Bakı istiqamətində həyata keçirilən aviareyslərin sayı həftədə 4 dəfəyə qədər artırılacaq.

"Air Astana" yay mövsümündə dünyanın 21 ölkəsinə, o cümlədən Azərbaycan da daxil olmaqla 5 MDB dövlətinə (Rusiya, Tacikistan, Qırğızıstan, Özbəkistan), həmçinin Ukrayna və Gürcüstana uçuşları davam etdirəcək./report

 

İcmal.Az

RƏYLƏR