"Ava" bəlası Madaqaskarda təxminən 30 nəfəri öldürdü

OXUNUB: 495 DÜNYA

Madaqaskarda tüğyan edən "Ava" tropik silkonu təxminən 30 nəfərin həyatına son qoyub.

Daha 22 nəfərin itkin düşdüyü rəsmi elan olunub.

 

Fəlakət risklərinin idarə olunması üzrə Milli Büronun yaydığı məlumata görə, 17 170 adam evlərini tərk etmək məcburiyyətində qalıb, daha 83 023 nəfər xəsarət alıb.

Qeyd edək ki, "Ava" sikloni cümə günündən adaya yaxınlaşıb. Güclü yağışlar daşqınlara səbəb olub, əksər yerlərdə elektrik enerjisi verilişi dayanıb./trend

 

İcmal.Az

RƏYLƏR