Çavuşoğlu Rusiya və İrana: Sözünüzü tutun

OXUNUB: 1616 DÜNYA

Türkiyənin xarici işlər naziri  Mövlud Çavuşoğlu İran və Rusiyaya qarşı çıxış edib.

O, Suriyadakı son durum haqqında önəmli açıqlamalar verib və Türkiyənin son zamanlar az qala  rəsmi müttəffiqlik münasibətlərində olduğu Rusiya ilə İrana yönələn sərt ifadələr işlədib.

Çavuşoğlu İran və Rusiyanın söz verdiyi kimi, Suriyadakı təminatçılıq missiyasını yerinə yetirməsinin zəruri olduğunu söyləyib.

O, hər iki dövlətə "Əsəd rejiminin İdlibdəki "layihələrinə” müdaxilə etmək” çağırışı ilə çıxış edib./oxu

İcmal.Az

RƏYLƏR