Ayağı sınan Namiq: Sümüyüm ətdən çıxmışdı

OXUNUB: 688 ŞOU-BİZNES

Bir müddət öncə ayağı sınan meyxanaçı Namiq Qaraçuxurlu "Günə son” verilişinə açıqlama verib.

İcmal.Az xəbər verir ki, o, ayağının sınmasından və hazırkı durumundan danışıb:

"Artıq ağrılı günlərim geridə qalıb. Gips çıxıb. Məndə açıq sınıq idi. Sümüyüm ətdən çıxmışdı. Onun bərpası üçün zaman lazımdır. Fevralın 15-i əməliyyatın iki ayı tamam olur. İnşallah, o vaxt ayağa qalxa biləcəm. Güc düşməsin deyə hər yerə çəliklə gedirəm. Haradasa işim olanda gedə bilirəm.

Demək olar ki, sənət dostlarımın çoxu gəldi. Təşəkkür edirəm hər kəsə. Hələlik fəaliyyətimi dayandırmışam. Ağrılar olduğu üçün yazıb-poza bilmirəm. Fevralın 22-si İranda çıxışım var. Dünən dostlarımla görüşmüşdüm. Gəlib evdən məcbur çıxardılar. Bu gün də yenə çıxıb görüşəcəm. Havamı dəyişməliyəm”.

İcmal.Az

RƏYLƏR