Aygün Əliyeva: 1 milyondan çox vətəndaşımız birinci mərhələ üzrə, 800 mindən çox vətəndaşımız isə ikinci mərhələ üzrə vaksinasiya olunub

OXUNUB: 574 SOSİAL
"Yanvar ayının 18-dən başlayaraq ölkəmizdə vaksinasiya prosesinə start verilib. "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ilk növbədə səhiyyə işçilərinin peyvəndlənməsinə başlanılıb”.

Bu fikirləri "Yeni TV”-nin canlı yayımında TƏBİB-in İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin rəhbəri Aygün Əliyeva söyləyib.

TƏBİB-in departament rəhbəri qeyd edib ki, fevralın 8-dən 65 yaşdan yuxarı vətəndaşlar, fevral ayının 17-dən etibarən isə yaşı 50 və yuxarı şəxslər vaksinasiya olunublar: "Martın 22-dən 40 yaşdan yuxarı, mayın 10-dan isə 18 yaşdan yuxarı insanların vaksinasiyası həyata keçirilir. Son statistikaya görə, vurulan vaksinlərin ümumi sayı 1 milyon 800 mindən artıqdır. Belə ki, 1 milyondan çox vətəndaşımız birinci mərhələ üzrə, 800 mindən çox vətəndaşımız isə ikinci mərhələ üzrə vaksinasiya olunub”.

A.Əliyeva bildirib ki, aprelin 2-dən başlayaraq tibb məntəqələrində sıxlığın qarşısının alınması, vaksinasiya prosesinin daha da sürətləndirilməsi məqsədi ilə  TƏBİB tərəfindən səyyar briqadalar təşkil olunub: "Bu günə qədər 100-dən artıq dövlət, özəl sektor, universitetlərdə və müxtəlif qurumlardan gələn təkliflər nəzərə alınıb və son statistikaya görə 25 mindən artıq müxtəlif dövlət və özəl sektor işçiləri 1-ci dozanı, 5 mindən artıq işçilər isə 2-ci dozanı məhz səyyar briqadalar nəticəsində əldə ediblər və vaksinasiyaya cəlb olunublar”.

RƏYLƏR