Noyabrın 22-dən başlayaraq Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı tərtərli gənclər üçün "Qarabağ Gənclərinin Karyera və Məşğulluğu üzrə təlim-məsləhət xidmətlərinin təşkili”layihəsini icra edib.
Təlimlər Tərtər rayon Gənclər mərkəzində keçirilib.
Tərtər rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov çıxış edərək öncə qonaqları salamlayıb.Sonra "Qarabağ Gənclərinin Karyera və Məşğulluğu üzrə təlim-məsləhət xidmətlərinin təşkili”layihəsi haqqında fikirlərini bildirib. Qeyd edib ki, regionlarda yaşayan gənclər üçün karyera qurmaq və məşğulluğun təmin edilməsində belə təlimlər müsbət nəticələr verir.
Layihə rəhbəri Gülnarə Bağırova "Qarabağ Gənclərinin Karyera və Məşğulluğu üzrə təlim-məsləhət xidmətlərinin təşkili”layihəsininin hazırlanma ideyasından, qarşıya qoyulan məqsədlərdən danışıb. Bildirib ki, karyera qurmaq,iş tapmaq istəyən gənclərin hər zaman dəstəyə ehtiyyacları olur.Buna görə də layihədən xeyli gənc bəhrələnmiş olacaq.
Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərli karyera qurmaq barədə praktik- nəzəri üsullardan danışmış, iş üçün sv hazırlanması qaydalarını izah etmişdir.
Təlim vaxtı gənclər də müzakirələrə qoşulmuş, düşüncələrini bölüşmüşlər.
3 günlük təlimlərin sonunda iştirakçılara sertifikatlar verilmişdir.


