Azərbaycan əsilli məşhur modelə qarşı 1 milyonluq dələduzluq – FOTO

OXUNUB: 942 ŞOU-BİZNES

Keçmiş mühasibinin Türkiyənin məşhur model və aparıcısı Çağla Şikelə qarşı dələduzluq etdiyi məlum olub.

 O, modelin adına saxta çeklər yaradıb və buna görə Ç.Şikelə 1 milyon lirə (təxminən 500 min manat) vergi borcu gəlib. Vergini həmişə vaxtında ödəyən model mühasibinin ölkədən qaçdığını öyrənib. Şikel vəkilinə müraciət edərək, onun axtarışını tələb edib. Modelin meneceri və özündən yaşca böyük bacısı Berna Şikel jurnalistlərə açıqlamasında bu mövzu barədə məlumat verə bilməyəcəyini söyləyib.

Qeyd edək ki, Çağla Şikel 2 yanvar 1979-cu ildə, İstanbulda dünyaya gəlib. Modelin atası Hüseyn Şikel Karsda yaşayan azərbaycanlı, anası Asuman Şikel isə adanalıdır. /oxu

Çağla Şikel və Berna Şikel

 

RƏYLƏR