Azərbaycan və Böyük Britaniya enerji sahəsində əməkdaşlığı artırır

OXUNUB: 677 İQTİSADİYYAT

"Azərbaycan və Böyük Britaniya enerji sahəsində əməkdaşlığını daha da artırmaq  niyyətindədir". 

İcmal.Az APA-ya istinadən xəbər verir ki, bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Karol Krofts deyib. 
 
O bildirib ki, Britaniya və tərəfdaşları "Azəri-Çıraq-Günəşli" neft yataqlarında 40 milyard dollar dəyərində yeni investisiya qoymağı planlaşdırır: "Cənubi qaz dəhlizi" layihəsi də 2020-ci ildə başa çatacaq və bu da Azərbaycanın dünyada iri enerji ixracatçısına çevrilməsinə imkan yaradacaq". 

Səfir qeyd  edib ki, Azərbaycanın yüksək inkişaf strategiyasına dair addımlarını xüsusi qiymətləndirir. 

İcmal.Az

RƏYLƏR