Azərbaycan vətəndaşı Rusiyada miqrantların saxlanıldığı yerdə intihara cəhd edib

OXUNUB: 805 DÜNYA

Rusiyada miqrantların müvəqqəti saxlama yerində saxlanılan Azərbaycan vətəndaşı intihara cəhd edib.

Soydaşımız məmurların yaratdığı şəraitə dözə bilməyib. Çünki nəzarətçilər üç aydır onu Perm şəhərindəki müvəqqəti saxlama yerində qalmağa məcbur edərək, Azərbaycana qayıtmağına imkan vermirlər. 

Məhkəmə Azərbaycan vətəndaşı barəsində Rusiyadan deportasiya edilməsi haqqında qərar qəbul etsə də, ancaq ona ən azı avqustun 14-dək müvəqqəti saxlama yerində qalmalı olacağı bildirilib. 

Hazırda onun sənədləri Rusiya Daxili İşlər Nazirliyinin Perm İdarəsinin uyğun qurumunda yenidən yoxlanılır.

Şahidlərin sözlərinə görə, yerli miqrasiya xidməti naməlum səbəblərdən miqrantların çoxunun öz vətənlərinə getməsini 6 ayadək uzadır. /report

 

İcmal.Az

RƏYLƏR