8 Avqust 2017-ci il, Qəbələ, Azərbaycan: 130-dan cox ölkədən 320 gəncin iştirakı ilə 13-cü Dünya Skaut Gənclər Forumu (ÜSGF) keçirilir. İştirakçıların sayına və təmsil olunan ölkələrin müxtəlifliyinə görə skaut hərəkatı tarixinin ən böyük forumdur.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Dünya Skaut Hərəkatı Təşkilatı (DSHT) və Azərbaycan Skautlar Assosiasiyası tərəfindən təşkil olunan Dünya Skaut Gənclər Forumu (ÜSGF) 18-26 yaş arası olan skautlar arasında ünsiyyət və gənc liderlərin ideyalarının mübadiləsi platformasıdır.
Məlumat üçün: Dünya Skautlar Hərəkatı Təşkilatı – Dünyanın ən qabaqcıl gənclər hərəkatı olaraq 1907-ci ildə Lord Baden-Paul tərəfindən yaradılıb. Bu təşkilata üzv olan milyonlarla gənc, aktiv vətəndaş kimi cəmiyyətdə müsbət dəyişikliklərin edilməsində rol oynayırlar. Dünya Skautlar Hərəkatı Təşkilatı özündə 165 Milli Skaut Təşkilatını və 40 milyon üzvü birləşdirir. Rəsmi internet resursu: www.scout.org Azərbaycan Skautlar Assosasiyası –ASA- Azərbaycan Respublikasının Gənclər Milli Assambleyasının üzvü olaraq 20 avqust 2000-ci ildən Dünya Skautlar Hərəkatının üzvüdür. ASA 11 oktyabr 1997-ci ilində yaradılıb. Azərbaycanın 16 regionunu əhatə edir və 1750 üzvü var. Rəsmi sosial şəbəkə ünvanı: Azərbaycan Skautlar Assosiasiyası Məlumat üçün: [email protected] Dünya Skaut Gənclər Forumu – Bu platforma 18-26 yaşlı gənc liderlər arasında ideya və ünsiyyət mübadiləsini həyata keçirir. Dünya Skaut Konfransı – Skautlar Hərəkatının idarəedici və "dəqiq seçilmiş Assambleya” orqanıdır. Bu təşkilatda Dünya Skaut Təşkilatının üzv ölkələrin nümayəndələri təmsil olunur.
İcmal.Az