Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan 7NEWS.az-ın bölgə müxbirinə verilən məlumata görə Tovuz rayon Polis Şöbəsinə (RPŞ) rayonun Əlimərdanlı kəndində toy mərasiminin keçiriləcəyi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb. Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, 6 nəfər saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 200 manat miqdarında cərimə edilib. Davam etdirilən tədbirlərlə rayonun Mülkülü kəndində də toy mərasiminin keçirilməsi aşkar edilib ki, RPŞ əməkdaşları həmin mərasim barəsində də qanunamüvafiq tədbir görüb, iştirakçılar inzibati məsuliyyətə cəlb edilib.
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
“YAŞAT” Fondu tərəfindən daha bir müharibə əlili müalicə məqsədilə Türkiyəyə göndərilib
07.05.2024, 11:42 / Özəl, SOSİAL -
Xırdalan 0.0 Bakı Marafonunun Alkoqolsuz tərəfdaşıdır
07.05.2024, 09:02 / SOSİAL -
Sfera.az 12 yaşında
06.05.2024, 20:21 / SOSİAL -
Qarabağ Dirçəliş Fondunun Bakı Marafonundakı yaşıl pavilyonu böyük maraqla qarşılanıb
06.05.2024, 17:37 / Özəl, SOSİAL -
Bakıda ilk dəfə "INBA EUROPEAN CUP OPEN” beynəlxalq turnir təşkil olunacaq
06.05.2024, 15:46 / Özəl, SOSİAL -
Nəsimi rayonunda növbəti “Abad həyət” sakinlərin istifadəsinə verilib
06.05.2024, 13:32 / Özəl, SOSİAL -
Şəhid övladları üçün “Bilimdən Zəfərə” layihəsi həyata keçirilib
06.05.2024, 13:15 / Özəl, SOSİAL
Xəbər lenti
KÖŞƏ
ƏN ÇOX OXUNANLAR
-
Özəl, İQTİSADİYYAT Gilas və badam bağları, kələm əkinləri üzrə fermerlərə aqrar sığorta ödənişi edilib
-
Özəl, HADİSƏ “Stimul hospital”ın (İstanbul NS) cinayəti sübut olundu: BAHAR QASIMOVA 30 DƏQİQƏYƏ QƏTLƏ YETİRİLİB
-
GÜNDƏM, SİYASƏT “Yəqin botoksunun yenilənmək vaxtıdır...” — Deputatdan Əli Kərimliyə sərt sözlər!