Azərbaycanda havada qeyri-adi cisim göründü – VİDEO

OXUNUB: 898 MARAQLI

Azərbaycanda ötən gecə havada hərəkət edən qeyri-adi obyekt görünüb.

İcmal.Az Report-a istinadən xəbər verir ki, qeyri-adi obyekt axşam saat 20:00 radələrində Mingəçevir şəhəri ərazisində müşahidə edilib.

Yerli sakinlərin sözlərinə görə, parlaq işıqları ilə diqqət çəkən naməlum obyekt qısa müddət ərzində səmada bir neçə dəfə dövrə vurduqdan sonra sürətlə gözdən itib.

Qeyd edək ki, ötən gecə Rusiya, Qazaxıstan və Qırğızıstanda da səmada analoji naməlum dairəvi obyektin göründüyü barədə məlumatlar yayılıb. 

 
İcmal.Az

RƏYLƏR