Azərbaycanda həkim xəstəxananın direktoruna görə intihara cəhd edib.
Bu barədə Elmi -Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkimi, tibb elmləri namizədi Səbinə Məmmədova Unikal.org-a açıqlamasında deyib.
O bildirib ki, İnstitutun direktoru Həqiqət Qədirovaya görə, o, çoxlu dərman içib və hazırda yeriyə bilmir:
"İnstitutun direktoru Həqiqət Qədirovanın uzun müddəti əhatə edən qanunsuz hərəkətləri və insan ləyaqətini alçaldan rəftarı nəticəsində mən affekt vəziyyətinə düşdüm və intihara cəhd etdim. O vəziyyətdə baş həkimin göstərişi ilə 3 saat xəstəxanaya buraxılmadım. Hazırda xəstəxanada həkim nəzarəti altında müalicə alıram, yeriyə bilmirəm. Ayaqlarımı hiss etmirəm, başımda ağrılar əmələ gəlib. Faktla bağlı polis məndən izahat alıb. Mənə verilən məlumata görə, hazırda Nizami Rayon Prokurorluğunda araşdırma gedir".
Qeyd edək ki, həkim Səbinə Məmmədova 2018-ci ildə Həqiqət Qədirovanın təşəbbüsü ilə işdən azad edilmişdi. Məhkəmənin yekun qərarı ilə 2019-cu il 30 noyabr tarixində yenidən əmək fəaliyyətinə başlayıb.
İcmaL.Az