Neftçala sənaye məhəlləsindəki Azərbaycan-İran birgə zavodunda istehsal olunan "Khazar" avtomobillərinin alışı üçün artıq 40 sifariş daxil olub.
Bunu zavodun sahiblərindən biri olan "AzərMaş" şirkətinin İdarə heyətinin sədri Emin Axundov deyib.
O bildirib ki, ilk sifarişçilər dövlət strukturları - İqtisadiyyat, Energetika və Vergilər nazirlikləri olub. Bu günədək zavodda 100-ə yaxın avtomobil istehsal olunub.
E.Axundovun sözlərinə görə, avtomobillərin satışı gələn həftənin əvvəlində başlayacaq. İlk mərhələdə "Khazar SD" və "Khazar LD" modelləri satışa çıxarılacaq. Satışlar Bakıda 3 satış mərkəzində həyata keçiriləcək.
"Khazar SD"-nin satış qiyməti 16 min manat, "Khazar LD"-nin satış qiyməti 18 min manat təşkil edəcək.
O əlavə edib ki, avtomobilləri 20 faiz ilkin ödənişlə lizinqə və ya 50 faiz ilkin ödənişlə kreditə almaq olar. Aylıq ödəmə 18 faiz təşkil edəcək.
Zavodda istehsal olunan bütün avtomobillər Avro-5 standartına cavab verir.
İcmal.Az
Ana səhifə
/
İQTİSADİYYAT / Azərbaycanda istehsal olunan avtomobillər gələn həftədən satışa çıxarılır - FOTO
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
Yaylaqlara köç etmək istəyən fermerlər üçün qeydiyyat müddəti mayın 25-də başa çatır
21.05.2024, 16:26 / Özəl, İQTİSADİYYAT -
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
21.05.2024, 15:09 / Özəl, İQTİSADİYYAT, BANK -
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
20.05.2024, 16:47 / Özəl, SOSİAL, İQTİSADİYYAT -
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov Qazaxda vətəndaşları qəbul edəcək
18.05.2024, 11:02 / Özəl, İQTİSADİYYAT -
"City Garden Narimanov"da alternativ enerjidən istifadə ediləcək" - Mahayət Nəbiyev
17.05.2024, 18:27 / Özəl, SOSİAL, İQTİSADİYYAT -
“Caspian Agro 2024 ”sərgisi çərçivəsində aqrar sahənin aktual mövzularına dair panel sessiyalar keçirilib
17.05.2024, 16:38 / Özəl, İQTİSADİYYAT -
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
16.05.2024, 12:08 / Özəl, İQTİSADİYYAT, BANK