Azərbaycanda polis qumbaraatan mərmisi, əl qumbaraları tapdı - FOTO

OXUNUB: 815 HADİSƏ
Goranboy rayonunda silah-sursat tapılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən 7NEWS.az-ın  bölgə müxbirinə verilən məlumata görə, Xocalı Rayon Polis Şöbəsinə Goranboy rayonu Yenikənd kəndi ərazisində silah-sursat olması barədə məlumat daxil olub. Dərhal RPŞ-nin əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirliblər. Araşdırmalar zamanı oradan 1 ədəd  "Muxa” markalı  RPQ-18 qumbaraatan, 1 ədəd 60 mm-lik minaatan mərmisi,  2 ədəd alıştırıcısı üzərində olan, 1 ədəd alıştırıcısız "F-1”, 1 ədəd "PRO”, 1 ədəd "RPN” əl qumbaraları, ümumilikdə 1632 ədəd müxtəlif kalibirli patron, 4 ədəd müxtəlif silahlara məxsus avtomat darağı və sandıqlar aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.
 

 

 

RƏYLƏR