Azərbaycanlı aparıcının səhhəti yenidən pisləşdi

OXUNUB: 884 ŞOU-BİZNES

Xəbər verdiyimiz kimi, Türkiyədə yaşayan azərbaycanlı aparıcı Tunay Əliyevanın səhhətində ciddi problemlər yaranıb. O, iyul ayında, doğum günü ərəfəsində komaya düşüb.

 Teleaparıcı həkim nəzarətində olmasına baxmayaraq, səhhətində irəliləyiş olmadığını bildirib.

"Üç aydır həkimlər sağlamlığımla bağlı kömək edə bilmirlər. Tək qalma, evdə oturma, dincəl dedilər, onu da etdim. Artıq səhhətim o qədər pisdir ki, evdən bayıra tək çıxmağa qorxuram, ya küçədə ürəyim gedəcək, ya da yüksək təzyiqdən beynimə qan sızacaq. 24 saat ərzində insanın halı neçə dəfə pisləşər, ilahi?!”, - deyə o, sosial şəbəkədə yazıb./oxu

İcmal.Az

RƏYLƏR