Azərbaycanlı ekspertin lahiyəsi qlobal birjada ən uğurlu kriptovalyutalardan biri oldu

OXUNUB: 607 Özəl İQTİSADİYYAT
Azərbaycanda ilk kriptovalyuta lahiyəsi dünyanın ən böyük birjalarından birində… İnternetin qızılı anlandırılan "Bitcoin”in zaman- zaman dəyər qazanmasının əsas səbəbi ondan sonra yaranan "alternativ coin”lərin BTC- dən rezerv kimi istifadə etməsidir. Bu gün 2,5 trilyon dollarlıq sektorun 52%-i Bitcoin-in payına düşür. Hazırda, minlərlə "altcoin” olmasına baxmayaraq, onlardan yalnız 1700 ədədinin lahiyəsinin bazar dəyəri milyon dollardan artıqdır. "Altcoin”lər bir növ "start up” şirkətlərin hissə sənədi olaraq görülür. "Altcoin”ləri cazib edən onların lahiyələrinin gündəm olmasıdır. Məsələn, 2021- ci ildə "Metaverse” mövzusu gündəmdə idisə, hazırda bunu süni intelekt əvəzləyib. Arxasında, texnoloji və iqtisadi yeniliyə, həllə bağlı olan kriptovalyutalar sağlam hesab edilirlər…. Bu gün bütün dünyada olduğu kimi Azərbaycanda da kriptovalyuta sektoruna maraq artmaqdadır. Təbii ki, bunun səbəbi ABŞ tərəfindən ETF- lərin qəbulu ilə Bitcoin- in dəyərinin təxminən 3 dəfə artması, kriptovalyuta sektoruna yeni yüksəliş sezonunun gəlməsi ilə bağlıdır. Azərbaycandan olan kriptovalyuta istifadəçiləri isə çox zaman təcrübəsizlikdən tələskənlik edərək, ciddi pul itkilərinə səbəb olurlar. Onlar çox vaxt arxasında lahiyə olmayan kriptovalyutalara yatırım edir və yaxud da, məşhur olan, qiyməti artıq kifayət qədər yüksəlmiş və şişmiş koinlərə maraq göstərirlər. Yerli yatırımçıları ən çox narahat edən səbəblərdən biri də Azərbaycanda Türkiyə və Gürcüstandakı kimi "online” və "offline” exchange- lərin olmamasıdır. Təbii ki, sektor böyüməkdə olduğundan, bu sahədə də irəliləyişlər var. Bütün bu kimi hallarla bağlı vaxtaşırı maarifləndirici tədbirlər keçirilir, media üzərindən məlumatlar yayılır. Artıq Azərbaycanda da, blokçeyn texnologiyası,  web3, NFT, süni intelektə dair qlobal lahiyələrin ortaya qoyulmasının zamanı gəlib… Bu məqsədlə yaradılan " ATC Launchpad” kriptovalyutası ötən gün 500 mindən artıq üzvü olan, "Toobit” birjasına daxil oldu. Qısaca olaraq, "ATCP” adlandırılan bu "Binance Smart Chain” tokeni ötən il maksimal sayı 1 milyard  ədəd olaraq yaradılıb və "PancakeSwap” mərkəziyyətsiz birjasına daxil olub. Bu ilin 5 Mart tarixindən isə artıq mərkəzi birjalara "listing” olunma mərhələsinə qədəm qoydu. Lahiyənin əsas məqsədi startap proyektlərinə dəstək olaraq birlikdə böyüməkdir. Hazırda, təxminən 20 lahiyənin bu ekosistemə daxil olacağı görünür. İrəlidə bu arta və yaxud azala da bilər. Lahiyənin həmçinin məqsədi, Azərbaycanda qlobal kriptovalyuta birjasının açılışına nail olmaqdır. "ATC Launchpad” ekosisteminə daxil olan lahiyələr Azərbaycana xaricdən investisiyaların da təşviqinə gətirib, çıxara bilər. Hazırda, birjada bir ədəd ATCP=0,0005 $ dəyərindədir. Ümid edirik ki, azad edilmiş torpaqlarımızda müasir texnologiyalara dair, həmçinin, bu gün dünya gündəmini zəbt edən süni intelektdə aid qlobal lahiyələr də, "ATC Launchpad” üzərindən həyata keçiriləcəkdir. "ATCP” həmçinin yatırımçılarına bu sektoru öyrənmək və yeni çıxan tokenlərdən portfel yaratmaq imkanı da verəcəkdir.     
 
 
Qurbanəli Ömər, kriptovalyutalar üzrə ekspert, "ATC Launchpad”kriptovalyutasının yaradıcısı
 
 
 


 
 

RƏYLƏR