Azərbaycanlı müğənni övladlığa götürdüyü qızını ərə verir

OXUNUB: 1027 ŞOU-BİZNES
Müğənni Mənzurə Musayevanın ailəsində vağzalı səslənəcək. 

İcmal.Az-ın məlumatına görə, lent.az-a açıqlama verən ifaçı bildirib ki, dekabrın 18-də paytaxt məkanlarının birində qızına toy edəcək: 

"Allah hər kəsin qapısında xeyir iş qismət eləsin. Övladımın toyuna hazırlaşıram. Çox həyəcanlıyam. Dekabrın 18-də ancaq qız toyu edəcəm. Sənət dostlarımı da dəvət eləmişəm. Toy mediaya açıq olacaq”.

M.Musayeva müsahibələrinin birində etiraf etmişdi ki, bu günə qədər bioloji ana olmayıb. Qardaşı qızını övladlığa götürüb.
 
İcmal.Az

RƏYLƏR