Azotlu gübrələrin səyyar satış xidməti başlayıb

OXUNUB: 433 Özəl İQTİSADİYYAT
Fevral ayından etibarən "Aqroservis” ASC tərəfindən müvafiq qaydalara uyğun şəraitdə saxlanılan, keyfiyyətli, mövsümə uyğun azotlu mineral gübrələrin rayon mərkəzindən uzaq məsafədə yerləşən kənd və qəsəblərdə səyyar satış xidmətinə başlanılıb. Səyyar satış xidmətləri mövsüm bitənədək hər gün, ölkənin bütün istiqamətlərində fərqli məntəqələr üzrə əsasən fermerlərin tələbatına uyğun kənd və qəsəbələrdə təşkil edilir. Respublikamızın bütün regionlarını əhatə edən səyyar satış xidməti zamanı ammonium-nitrat, karbamid, ammonium-sulfat, kalium-sulfat həmçinin tələbat olduğu təqdirdə ammofos, nitroammofoska kimi mineral gübrələrin satışı həyata keçirilir.
Səyyar satışın həyata keçirilməsində əsas məqsəd, gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşısının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır. Səyyar satış vasitəsilə vətəndaşların mineral gübrələri asanlıqla əldə etməsi əkinə cəlb edilən bütün torpaqlarda gübrələrdən istifadə edilməsinə şərait yaradır və bu da məhsuldarlığın artmasına öz müsbət təsirini göstərir.
Fermerlər əkin mövsümündə mineral gübrələrin alışında sərf edəcəkləri məsrəfə qənaət etmək üçün səyyar satış xidmətlərini Səhmdar Cəmiyyətin 1659 Satış Mərkəzinə müraciət edərək sifariş edə bilərlər. Mürəciətlərə əsasən səyyar xidmətlər kənd və qəsəbələrdə təşkil edilir.
Səyyar satış zamanı fermerlər "Fermer kartı” və şəxsiyyət vəsiqəsini təqdim etməklə və ya nəğd ödəniş etməklə mineral gübrə əldə edə bilərlər. İstər "Fermer kartı”, istərsə də nəğd ödəniş edildikdə gübrələrin qiyməti dəyişilməz olaraq qalır. Bu qayda həmçinin, anbardan və ya səyyar satış məntəqəsindən alış zamanı da keçərlidir. Alış üsulu və ünvanından asılı olmayaraq "Aqroservis” ASC tərəfindən satılan mineral gübrələrin qiymətləri dəyişilməz olaraq qalır.
Fermerlər səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq üçün 1659 satış mərkəzinə müraciət edə bilərlər.
 







RƏYLƏR