Bakı metrosunda şok olay

OXUNUB: 654 HADİSƏ
Metronun "Koroğlu" stansiyasında mobil telefonu relsin üzərinə düşən sərnişin icazəsiz qatar xəttinə enib.
 
İcmal.Az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib. Qurum rəsmisi onun qatar xəttinə enməsini çox adamın görmədiyini, lakin sonradan bu barədə stansiya nəzarətçisinə sərnişinin özünün məlumat verdiyini deyib.

""Koroğlu"nun ən basabas vaxtında sərnişinin telefonu düşüb relslərin üstünə. O da eləmə tənbəllik bir göz qırpımında düşüb telefonu götürüb çıxıb. Təbii ki, o qədər basabas olub ki, onun bu hərəkətini bir çox insan, hətta bizim nəzarətçi də görməyib. Gözünə döndüyüm qardaş bilib ki, belə etmək olmaz, qadağandır, yaxınlaşıb bizim işçiyə ki, bəs, mən düşüb telefonu götürüb çıxdım. Həqiqətən çox vicdanlı sərnişin olub. Baxmayaraq ki, bizim növbətçi polis çağırıb onu təhvil verib polisə. Yəqin inzibati tənbeh edib buraxacaqlar".
 
 
İcmal.Az

RƏYLƏR