Bakı-Qazax magistralında yol qəzası olub, xəsarət alanlar var - YENİLƏNİB

OXUNUB: 679 HADİSƏ

Bakı-Qazax magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon Gəlağan kənd ərazisindən keçən hissəsində qeydə alınıb. Şəmkir rayon sakini, 1971-cı il təvəllüdlü Abbasov Vilayət Ənvər oğlu sərxoş vəziyyətdə idarə etdiyi avtomobili maneəyə çırpıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirlir.

Faktla bağlı araşdırma aparılır.


 09:08

 Bakı-Qazax magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə magistralın Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb. 

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları, Təcili Tibbi Yardım Stansiysının həkimləri cəlb olunublar.

Faktla bağlı araşdırmalara başlanılıb./report

 

İcmal.Az

RƏYLƏR