Bakıda ahıl kişi gəlinin qohumları tərəfindən bıçaqlanıb

OXUNUB: 603 HADİSƏ

Bakının Binə qəsəbəsində bıçaqlanma hadisəsi olub.

 "Südçülük Sovxozu" kimi tanınan ərazidə yaşayan 1949-cu il təvəllüdlü Mustafayev Əli Məcid oğlu yatdığı vaxt iki nəfər naməlum şəxs tərəfindən bayıra çağırılıb.

Bayıra çıxdıqda isə naməlum şəxslər ona 4 bıçaq zərbəsi vurublar.

Yaralı xəstəxanaya yerləşdirilib. Ə.Mustafayevin qohumlarının dediyinə görə, hadisəni kişinin gəlininin yaxınları törədib. Səbəb isə onun oğlunun qadından boşanması olub.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır./report

 

İcmal.Az

RƏYLƏR