Azərbaycanın mühüm dövlət atributu olan üçrəngli bayrağımıza və ölkəmizin xəritəsinə qarşı daha bir sayğısızlıq edilib.
İcmal.Az xəbər verir ki, "Florido” şirkətinin istehsalı olan məhsullarda Azərbaycan bayrağı və xəritəsi ayaq altına sərilən kiçik ölçülü "süni xəz”lərin üzərində həkk olunub.
Qeyd edək ki, bu marağı yalnız "qaz vurub qazan doldurmaq” olan işbazların çirkin və rəzil əməli olmaqla yanaşı, Azərbaycanın milli və dövlət atributlarına qarşı sayğısızlıqdır.
Paytaxtın böyük ticarət mərkəzlərindən olan "Master Tibot”da bu üzdəniraq məhsulun qiyməti əvvəl 526 AZN, hazırda isə 175.99 AZN-dir.
Turkustan.info olaraq hesab edirik ki, ölkənin hüquq-mühafizə orqanları, istehlak bazarına nəzarət edən qurumlar dərhal məsələyə müdaxilə etməli, bu məshulların bazarlardan yığışdırılması üçün təxirəsalınmaz tədbirlər görməlidir.
İcmal.Az