Bakının Yasamal rayonunda yaşlı kişi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
1930-cu il təvəllüdlü Quliyev Nadir Həsən oğlu bir həftə əvvəl rayon ərazisində naməlum şəraitdə yıxılaraq ağır xəsarət alıb.
O, 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib. N.Quliyev həkimlərin səylərinə baxmayaraq, bu gecə xəstəxanada beyninə qan sızması nəticəsində həyatını itirib./report
İcmal.Az